MTRŞ-dan `Space`dəki yalan xəbərə REAKSİYA
19:55 05 Yanvar 2018
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” televizyasında “Hər gün” xəbərlər buraxılışında alpinistlərdən birinin tapılması ilə bağlı yalan məlumat verilməsinə münasibət bildirib.
Femida.az xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, cəmiyyəti narahat edən məsələləri diqqətdə saxlamaq KİV-in vəzifəsidir: “Əlbəttə, bu baxımdan “Space”in alpinistlərin axtarışları ilə bağlı reportaj hazırlaması normaldır. Lakin belə həssas məsələlərdə diqqətli olmaq vacibdir”.
Qurum rəsmisi əlavə edib ki, itkin düşənlərin taleyi həm cəmiyyəti, həm də onların yaxınlarını həssaslıqla maraqlandırır: “Bu mənada, hər xırda səhv insanları narahat edə, incidə bilər. Ona görə də informasiyanı dəqiqləşdirib vermək daha doğru olardı. Ümumiyyətlə, xəbərlərdə, televizyalarda yersiz pafosdan, hay-küydən qaçmaq lazımdır. Xəbərlər nə qədər ciddi və dəqiq təqdim olunsa, o qədər effektiv olar”.
Femida.az
Oxunub: 850
Oxşar xəbərlər
- MTRŞ-dan televiziyalardakı siqaret reklamı barədə: “İrad tuta bilmirik”
- MTRŞ-dan ATV ilə bağlı açıqlama
- MTRŞ-dan `Keyxanım`la bağlı açıqlama: `Reytinqi bəhanə gətirir` - VİDEO
- MTRŞ-dan vətəndaşlara müraciət - yayım dayandırılacaq
- MTRŞ-dan ANS-lə bağlı açıqlama
- MTRŞ-dan əcnəbi aparıcı ilə bağlı Açıqlama
- MTRŞ-dan bağlanan kanallarla bağlı açıqlama
- MTRŞ-dan ANS-in bağlanması ilə bağlı AÇIQLAMA
- MTRŞ-dan “Kanal D” AÇIQLAMASI
- MTRŞ-dan 4 telekanala İRAD